"Bayern Münhen" bir top hücumçu ilə müqavilə imzalamaq niyyətindədir və onun transferi üçün təxminən 100 milyon avro xərcləməyə hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniya klubunun prezidenti Herbert Hayner "Sky Sports" açıqlamasında deyib.
“100 milyon avro xərcləməyə hazırıq. Mərkəz hücumçusu axtarırıq, amma seçim çox deyil. Belə forvardların hamısı kifayət qədər bahadır, lakin biz pozitivik”.
Xatırladaq ki, ötən yay “Bayern” Robert Levandovskini “Barselona”ya satmışdı və hələ də ona optimal əvəzləyici tapmayıb. Keçən mövsüm Erik Çupo-Motinq Bundesliqada 19 matçda 10 qol vuraraq, "Bayern"in əsas qol silahı olub.
Mirağa