Tanınmış futbol insayderi Fabritsio Romano "Real Madrid" və "Çelsi" arasında hücumçu Kay Havertslə bağlı aparılan danışıqlar prosesini şərh edib.
Fanat.Az xəbər verir ki, "Madrid Xtra" Romanonun dediklərini belə çatdırıb:
"Real" bugünədək Havertsin transferində maraqlıdır. Amma İspaniya klubu qarşı tərəfə 60 milyon avro və müxtəlif bonuslar ödəmək istəmir. Ancaq unutmayaq ki, hələ iyunun əvvəlidir. Üç həftədən sonra "Çelsi"nin nümayəndələri ispanlara zəng vura və qiymətin dəyişildiyini söyləyə bilərlər".
Haverts 2022/2023 mövsümündə 2020-ci ildən şərəfini qoruduğu "zadəganlar"ın forması ilə ümumilikdə 47 matça çıxıb. Bu qarşılaşmalarda 9 qol vuran forvard 1 məhsuldar ötürmə müəllifi olub.
Sözügedən futbolçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat