İtaliyanın sabiq baş naziri, "Montsa" klubunun sahibi Silvio Berluskoni həyatla vidalaşıb.
Fanat.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 86 yaşlı italiyalı iş adamı bu gün ölüb.
Apreldə Berluskoninin leykoz xəstəliyindən (ağ qan kürəciklərinin çoxalması) əziyyət çəkdiyi barədə məlumatlar yayılmışdı. Eləcə də sözügedən şəxsin ürək-damar problemi yaşadığı, nəfəs darlığından şikayətçi olduğu bildirilmişdi.
Xatırladaq ki, Berluskoni 1986-2018-ci illər aralığında "Milan"ın sahibi olub. 2018-ci ildə "Montsa"nı alan siyasətçi "İrəli, İtaliya" partiyasının lideri idi.
Nihat