CAR millisinin 31 yaşlı futbolçusu növbəti mövsümə "Turan Tovuz"da başlaya bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tovuzlularla müqaviləsinin müddəti başa çatan müdafiəçi Xulu Siyandanın gələcək taleyi komandanın çalışdırıcısı Ayxan Abbasovun yekun qərarından asılıdır.
Belə ki, mövqeyinə daha yüksək səviyyəli futbolçu tapılmayacağı halda, Abbasov onunla anlaşma imzalanmasını istəyəcək. İndilik Xuluya yeni müqavilə təklif edilməyib. Dəqiqləşdirsək, tərəflər gözləmə mövqeyindədir.
Qeyd edək ki, Siyanda Premyer Liqada 25 matça çıxaraq 1 qol vurub. O, Azərbaycan Kubokunda 2 oyun keçirib.
Nihat