Frankfurt "Ayntraxt"ı rəsmi saytı vasitəsi ilə yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu, "Bayern Münhen"də Yulian Nagelsmanın köməkçisi olmuş Dino Topmöllerdir.
42 yaşlı almaniyalı mütəxəssislə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Topmöller son mövsümün ardından komandanı tərk edən Oliver Qlasnerin yerini tutub.
"Ayntraxt" 2022/23 mövsümündə Bundesliqadakı mübarizəni 7-ci yerdə tamamlayıbsa, Almaniya Kubokunun finalınadək irəliləyərək həlledici qarşılaşmada "Leyptsiq"ə 0:2 hesabı ilə uduzub.
Topmöller 2021-2023-cü illərdə "Bayern"də Nagelsmanın köməkçisi qismində çalışıb. Daha öncə o, "Leyptsiq"də eyni funksiyanı yerinə yetirib. Sözügedən mütəxəssis 2016-2019-cu illər aralığında Lüksemburqun "Düdelanj" komandasını çalışdırıb və bu klubu tarixində ilk dəfə Avropa Liqasının qrupuna daşıyıb.
Nihat