Çempionlar Liqasının finalında İtaliya "İnter"i üzərində qələbə (1:0) "Mançester Siti"nin qapıçısı Edersona baha başa gəlib.
Fanat.Az xəbər verir ki, braziliyalı qapıçı canlı yayımda saqqalını qırxdırmalı olub.
Məsələ burasındadır ki, o, oyundan əvvəl "TNT Sports"un müxbiri Fred Kaldeyra ilə mərc gəlibmiş. Ederson ÇL-i qazanacaqları halda, buna şübhə edən müxbirin bığını qırxacağını deyib. Üstəlik, özünün də saqqalını qırxdıracağına söz verib. Oyundan sonra əvvəlcə matçı şərh edən 30 yaşlı qolkiper daha sonra "Mərci ödəməyin vaxtı gəldi" deyərək saç maşınını əlinə götürüb və müxbir Fred Kaldeyranın bığını qırxıb. Aparıcı isə onun saqqalını təmizləyib.
Sonda hər ikisi selfi çəkdiriblər və "dəli" adlandırdıqları videonu internetdə paylaşıblar.
"A DERROTA NOS ENSINA MUITO, FORAM 5 ANOS CAINDO, MAS PEGAMOS PEDAÇO POR PEDAÇO E NOS RECONSTRUÍMOS!" 🗣️🇧🇷 Você é FOD@, Ederson! Nosso @fredcaldeira bateu um papo EXCLUSIVO com o goleiro, campeão da Champions pelo Manchester City! 🏆 #CasaDaChampions pic.twitter.com/DeWltauqjB
— TNT Sports BR (@TNTSportsBR) June 10, 2023
Ümumiyyətlə, “Mançester Siti ”nin üzvləri ÇL-i qazanmağı böyük şadyanalıqla bayram ediblər. Qvardiola və Holand siqar çəkiblər, Cek Qrealiş onların siqarını alaraq pivəyə adıb. Futbolçular soyunub-geyinmə otağında finalda vurulan qolun müəllifi üçün "Rodri's on fire" mahnısını oxuyublar.
Mirağa