İtaliya basketbol liqasında insident yaşanıb.
Fanat.Az xəbər verir ki, “Olimpiya Milan” final mərhələsinin ikinci oyununda “Virtus Bolonya”ya qalib gələrək (79:76) final seriyasında ümumi hesabda 2:0 önə keçiblər.
Matç həmçinin baş verən qalmaqalla yadda qalıb.
Hadisənin mərkəzində əfsanəvi serb basketbolçu Miloş Teodosiç olub. "Virtus"un ulduzu matçdan sonra Milan klubunun azarkeşləri ilə dava edib. Məğlubiyyətə və tribunaların təhqirlərinə görə qəzəblənən serbin tunelə gedən yolda azarkeşlərin üzərinə qaçaraq onları döyməyə başladığını əks etdirən video yayımlanıb.
Rissa Hackett-Teodosic: un altro video da instagram di un tifoso pic.twitter.com/V8QqTLSCCw
— Alessandro Luigi Maggi (@AlessandroMagg4) June 11, 2023
Mirağa