13:33 05.05.2014 492

"İnter"in veteranı karyerasını bitirir? - MÜSAHİBƏ

"İnter"in hücumçusu Aleksandr İaşvilinin müsahibəsi

- Baxmayaraq ki, “Sumqayıt” turnir cədvəlində aşağı yerlərdən birini tutur, bu komandayla oyun asan olmadı...
- Bəli, “Sumqayıt” turnir cədvəlində aşağı yerlərdən birini tutur, lakin bu vəziyyət onları liqada qalmaq üçün daha səylə mübarizə aparmağa vadar edir. Bu komanda çox yaxşı hücum futbolu oynayır. Belə komandalar adətən müdafiədən oynayırlar, lakin “Sumqayıt” yaxşı mənada istisna təşkil edir. “Sumqayıt” özlərini yaxşı tərəfdən nümayiş etdirməyə çalışan gənc futbolçulardan ibarətdi. Bu matçda bizə çətin oldu, ancaq əsas qələbədi və biz başlıca vəzifəmizi yetirə yetirməyi bacardıq.

- Xüsusilə də birinci hissənin əvvəlində çətin oldu, amma sonra “İnter” öz futbolunu göstərməyə başladı...
- Oyunun lap əvvəlində biz topu saxlamağa çalışırdıq, ancaq bunu etmək alınmırdı. Bilirdik ki, qonaqların heyətində əks-hücumlarda çox güclü olan sürətli futbolçular var. Komanda onlara əks-hücumlar üçün imkan yaratmamağa çalışırdı, yəqin buna görə belə təəssürat yaranmışdı.

- Bu, sayca ardıcıl 7-ci qələbə oldu. “İnter” mart ayının ortalarından xal itirmir...
- Ən əsası odu ki, biz qələbə qazanmaqda davam edirik və turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırırıq. Axı mövsümün ilk hissəsində turnir cədvəlinin sonuncu yerlərində gedirdik, lakin komanda özündə güc tapdı və xoşagəlməz vəziyyətdən çıxmağı bacardı. Bu, bütün komandanın xidmətidi. Ən başlıcası belə qrafiki saxlamaq və mövsümü yaxşı notlarla başa vurmaqdı.

- Qarşıda komandanı səfərdə “Qarabağ”la çətin oyun gözləyir. Bu qarşılaşma barədə nə düşünürsüz?
- Biz bu komandaya son 3 matçda məğlub olmuşuq. Əlbəttə, 4-cü matçda qalib gəlmək istəyirik. Məsələ futbol meydançasında həll olunacaq, biz nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq.

- Bu yaxınlarda mətbuatda belə bir məlumat yayıldı ki, mövsüm başa çatdıqdan sonra karyeranızı bitirəcəksiz...
- Etiraf edim ki, bu məsələ barədə tam qərar verməmişəm. Bəli, karyeramı başa vurmaq barədə düşünmüşəm, ancaq bununla bağlı hələ yekun qərar qəbul etməmişəm. Qarşıda bizi daha 3 oyun gözləyir və növbəti oyunlarda komandaya kömək etmək istəyirəm. Hələlik, yalnız bu haqda düşünürəm.

- Almaniyada keçirdiyiniz uzun illərdən sonra bu ölkəni tərk etmək çətin deyildi?
- Almaniyada 17 il yaşamışam və çempionatı dəyişmək çətin idi. Bu ölkə dünya futbolunda aparıcı mövqelərdədi. Orada dolu tribunlar qarşısında oynayırsan, matçlara 45 min, Dortmundasa 80 min tamaşaçı gəlir. Lakin Azərbaycana gələndə nə etdiyimi bilirdim və seçim barədə təəssüflənmədim. Etiraf edim ki, Azərbaycanda belə güclü çempionat olduğunu bilmirdim. Burada yaxşı futbolçular oynayırlar və asan oyunlar yoxdu.

inter.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X