Jorje Jezusun gedişindən sonra “Fənərbağça” baş məşqçi axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, İstanbul klubunun başına Mirça Luçeskunun gələcəyi iddia edilir.
Bu barədə "NTV Spor" məlumat yayıb.
77 yaşlı rumıniyalı mütəxəssis üçün Türkiyə yad ölkə deyil. Belə ki, o, 2000-2002-ci illərdə "Qalatasaray"da, 2002-2004-cü illərdə "Beşiktaş"da, 2017-2019-cü illərdə isə Türkiyə millisinin baş məşqçisi olub. Luçesku hazırda "Dinamo Kiyev"də çalışır.
Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, bu posta namizədlər siyahısında Vinçenzo Montella, Abdullah Avcı, Mirça Luçesku, Sergen Yalçın və Yoahim Lövün də adı var.
Xatırladaq ki, Jezus “Fənərbağça”nı mövsümün əvvəlindən çalışdırırdı. O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.
Jezus bu komandaya 9 il sonra titul qazandırsa da, müddəti bitən müqaviləsini yeniləmək istəməyib və azad agent kimi ayrılıb.“Sarı bülbüllər” portuqaliyalı çalışdırıcısının rəhbərliyi altında Super Liqada da 80 xalla ikinci yeri tutmuşdu.
Röya