Fransanın əfsanəvi futbolçusu Tyerri Anri Çempionlar Liqasının finalında "İnter"ə qalib gələn (1:0) "Mançester Siti"nin hücumçusu Erlinq Holanda məsləhətlərini çatdırıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Anri həlledici matçda qol vura bilməyən norveçliyə yol göstərib:
“Sən heç kimdən pis heç nə etmirsən. Ancaq arxası qapıya olanda sağa hərəkət etsən, həftədə 100 qol vuracaqsan”.
Qeyd edək ki, "Mançester Siti" Erlinq Holandı ötən yay Dortmund "Borussiya"sından alıb. Ulduz futbolçu 2020-ci ilin qışından etibarən iki il ərzində Almaniya klubunun formasıyla çıxdığı 88 oyunda 85 qol vurub. 22 yaşlı forvard "şəhərlilər"in heyətində keçirdiyi ilk mövsümdə isə 53 oyunda meydana çıxaraq 52 qol vurub. O, MS ilə trebl reallaşdırıb.
Mirağa