Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sunday Express": "Mançester Yunayted" bu yay futbolçusu Ceydon Sançonu satmağı planlaşdırır. "Qırmızı şeytanlar" İngiltərə millisinin üzvü üçün 70 milyon avro tələb edir. 23 yaşlı yarımmüdafiəçinin xidmətində "Tottenhem" maraqlıdır.
Qeyd edək ki, Sançonun "Mançester Yunayted" ilə cari sözləşməsi 2026-ci ilin iyun ayına qədərdir.
İnsayder Romeo Aqresti: "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri postunu tərk edə bilər. İtaliyalı mütəxəssisə Səudiyyə Ərəbistanından təklif gəlib. Ərəblər Alleqriyə 70 milyon avro ödəməyə hazırdır. O, 3 illik müqaviləyə imza atarsa, ilinə 20 milyon avro, 10 milyon avro isə bonus qazana bilər. Hazırda isə 55 yaşlı məşqçinin illik qazancı isə 7 milyon avro təşkil edir. Alleqri hələ yekun qərar verməyib.
"ZDF": "Arsenal"ın akademiyasının direktoru Per Mertezaker klubun "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı almaqda maraqlı olduğunu açıqlayıb. Radioa ekspert kimi çıxış edən Mertezaker almaniyalı futbolçuya "şəhərlilər"lə Çempionlar Liqasını qazandıqdan sonra vəzifəsini tamamladığını və yeni kluba keçmək vaxtı gəldiyini deyib.
***
Rəsmi: “Fənərbağça”dan ayrılan Enner Valensiya Braziliyanın “İnternasional” klubu ilə anlaşıb. 33 yaşlı forvard yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Ekvador millisinin üzvü 2020-ci ildə "Fənərbağça"ya gəlib.
Rəsmi: "Ayntraxt"ın yeni baş məşqçisi bəlli olub. Frankfurt təmsilçisi Dino Topmöllerlə anlaşıb. 42 yaşlı almaniyalı mütəxəssislə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Topmöller son mövsümün ardından komandanı tərk edən Oliver Qlasnerin yerini tutub.
Röya