"İnter" hücumçusu Edin Ceko bu yay klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, müqaviləsinin müddəti başa çatan Ceko ilə sözləşmə yenilənməyib və o, klubunu azad agent kimi tərk edəcək.
37 yaşlı futbolçuya Türkiyədən elçi var. Bu barədə "Gazzetta dello Sport" məlumat yayıb
Xəbərə görə, Türkiyə Kubokunun qalibi "Fənərbağça" bosniyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Çempionlar Liqasının finalçısı Ceko arxada qalan mövsüm özünü yaxşı tərəfdən göstərib. O, Milan klubunun heyətində 14 qola imza atıb və bu qollardan bir çoxu ÇL-in finalına gedən yolda "İnter"ə kömək edib. Ancaq İtaliya klubu forvarda müqaviləni yeniləməyib.
Röya