"Barselona" "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşin transferindən vaz keçib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi Neveşi heyətinə qatıb, əvəzində isə Ansu Fatini İngiltərə klubuna göndərmək fikrində idi. Lakin Fati klubunu tərk etmək istəmir, "Vilverhempton"la da anlaşma əldə olunmur.
Bu səbəbdən "Barselona" artıq Neveş variantını təxirə salaraq yeni oyunçu axtarışındadır. Məlumatı "Sport" yazıb. Mənbə qeyd edir ki, hər iki futbolçunun gələcəyi sual altındadır.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Neveş 2017-ci ildən "Vulverhempton"un şərəfini qoruyur. 197 ounda meydana çıxan 26 yaşlı yarımmüdafiəçi 25 qola imza atıb.
Röya