"Barselona"nın sabiq müdafiəçisi Jordi Alba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az-ın xəbərinə görə, bu barədə ispaniyalı futbolçu özü məlumat verib.
"Əvvəllər La Liqadan başqa heç nə düşünmürdüm. Çünki bütün diqqətimi “Barselona”ya yönəltmişdim. Hər iki liqada oynamış milli komanda yoldaşlarımdan soruşdum və onlar aralarında çox da fərq olmadığını dedilər. Fikrimdən keçdi ki, bəlkə bir gün İPL-də çıxış edə bilərəm.
Şadam ki, hələ də milli komandadayam. Baş məşqçi dəvət etdiyi müddətcə komandada qalmaq istəyirəm. Kluba gəlincə, yaxşı təklif axtarmalıyam", - deyə 34 yaşlı futbolçu mətbuata açıqlamasında bildirib.
Qeyd edək ki, Jordi Alba 2012-ci ildən "Barselona"da çıxış edib. 313 oyunda meydana çıxan təcrübəli müdafiəçi 17 qola imza atıb.
Röya