PSJ-nin hücumçusu Kilian Mbappe Fransa nəhəngini tərk edərək azad agent qismində "İnter Myami" ilə müqavilə bağlayan Lionel Messidən danışıb.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"Biz futbol tarixinin ən yaxşı oyunçusundan danışırıq. Messi kimi biri gedirsə, bu, yaxşı xəbər ola bilməz. Şəxsən mən o, klubdan ayrıldığı üçün bu sayda damın rahatlıq tapmasını anlaya bilmirəm. Messiyə hörmət etmək lazımdır. O, Fransada haqq etdiyi hörməti görmədi. Üzücüdür, amma belədir. Onun yerinin boş qalmaması üçün mümkün olan hər şeyi etmək lazım gələcək".
Nihat