Fransa millisinin və "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann karyerasını ölkəsində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe"nin əməkdaşı Loyk Tanzi məlumat yayıb.
Mənbənin iddiasına görə, PSJ 32 yaşlı forvarda elçi düşüb. Parislilər Qrizmannı komandadan ayrılacağı gözlənilən ulduz futbolçu Kilian Mbappenin yerinə almaq istəyirlər.
Keçidin baş tutması üçün klub rəhbərliyi 100 milyon ödəməyə hazırdır. Halbuki Qrizmannın sərbəst qalma məbləği 25 milyon avrodan da azdır. Bildirilir ki, bu maddə bu yay aktivləşdirilə bilər. Baxmayaraq ki, hazırda futbolçu özü Madrid klubunu tərk etmək istəmir.
Fransalı hücumçu başa çatan mövsümdə La Liqada keçirdiyi 38 oyunda ümumilikdə 15 qol vurub və 16 assist edib.
Mirağa