"Sumqayıt"ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Fanat.az xəbər verir ki, sonuncu dəfə XXVII turun "Qarabağ"la martın 23-dəki oyununda 0:3 hesabı ilə uduzan Aqil Məmmədovun yetirmələri 33-cü turda “İnter”dən xal ala bilməyib - 0:2.
Mayın 2-də 40 günlük seriyası başa çatan “gənclik şəhəri” təmsilçisi bu müddətdə 2 qələbə qazanıb və 3 heç-heçə etmiş, seriya zamanı 9 qol vurub , 5-ni buraxmışdı.
Qırılan bu seriya “Sumqayıt”ın tarixində rekord göstəricidi. Belə ki, Premyer Liqada 3-cü mövsümünü keçirən komanda indiyədək ən yaxşı halda ardıcıl 3 matçda xal əldə etmişdi. Həmin seriya 2012/13 mövsümünün əvvəlində qeydə alınmışdı.
Fanat.az