Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
“Liverpul”dan azad agent kimi ayrılan Ceyms Milner "Brayton"a keçib. 37 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
PSJ-nin yetirməsi Romarik Etonde klubunu dəyişir. 30 apreldə 18 yaşı tamam olan futbolçunun Paris klubu ilə bu ayın sonunda başa çatır. Romarik "Monako" ilə anlaşıb. Onun sözləşməsi 1 iyuldan qüvvəyə minəcək və 3 il davam edəcək.
***
"Udineze"də çıxış edən Tolqay Arslan Avstraliyaya yollanıb. 33 yaşlı yarımmüdafiəçi sözügedən ölkənin "Melburn Siti" klubu ilı anlaşıb.
“Reyncers” heyətinə yeni futbolçu cəlb edib. Şotlandiya klubu “Atalanta”nın hücumçusu Sem Lammersi rənglərinə bağlayıb.
***
“Fənərbağça” “Göztəpə”dən icarəyə götürdüyü qapıçı İrfan Can Eğribayatın transfer hüquqlarını alıb. 24 yaşlı qapıçı ilə 4 illik sözləşmə imzalanıb. İstanbul klubu transfer üçün 1,2 milyon avro ödəyib.
Röya