"Barselona"nın cinah oyunçusu Rafinya Dias karyerası ilə bağlı vacib açıqlama ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, İspaniya mətbuatı kataloniyalıların braziliyalı ulduzu satmaq niyyətində olduğunu iddia etsələr də, o, "Barca Universal"a yekun qərarını bildirib.
“Əlbəttə, gələn mövsüm “Barselona”da qalacağam. Müqaviləyə əsasən hələ bir neçə il bu kluba məxsusam və ümid edirəm ki, heç olmasa hazırki anlaşmamın sonuna qədər "Barsa"da qalacağam".
Qeyd edək ki, klubun oyunçunu satmaq niyyətində olduğuna dair son günlər şayiələr yayılıb. Braziliyalının xidmətində "Nyukasl" və London "Arsenal"ının maraqlı olduğu bildirilir. "Barselona" futbolçusu üçün 55 milyon avro alacağı təqdirdə onu satmağa razıdır.
Rafinya La Liqada debüt mövsümündə 7 qol vurub və bir məhsuldar ötürmə edib, "Barselona" ilə qızıl medal qazanıb.
Mirağa