"Fənərbağça"nın yeni baş məşqçisinin kim olacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, bu, "Adana Demirspor"un sabiq çalışdırıcısı Vinçentso Montelladır. Mənbə 48 yaşlı italiyalı mütəxəssisin İstanbul klubu ilə 2+1 sxemi üzrə müqavilə bağlayacağını bildirib.
Qeyd edək ki, Montellanın rəhbərliyi altında son mövsümdə Super Liqanın 4-cüsü olan Adana təmsilçisi Konfrans Liqasına vəsiqə qazanıb.
Nihat