Bu yay "Yuventus"da böyük dəyişikliklər olacaq.
Fanat.Az xəbər verir ki, Turin klubunda azı 5 futbolçu göndəriləcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Massimiliano Alleqrinin planlarına daxil olmayan oyunçuların arasında Xuan Kuadrado və Aleks Sandro da var. Birincinin müqaviləsi iyunda başa çatır. Digərinin bir illik müqaviləsi var, amma ona xitam veriləcək.
"Yuventus"un üç yarımmüdafiəçisi ötən mövsümü İngiltərə Premyer Liqasında icarə əsasında keçirib. Ancaq Artur Melo, Denis Zakaria və Veston Makkenni İngiltərə klubları ilə yeni müqavilə imzalamayıblar. Onlara Turində də "qapılar bağlıdır". Alleqri Melo, Zakaria və Makkenni tezliklə satılacaq.
Qeyd edək ki, "Yuventus" gələn mövsüm Çempionlar Liqasında oynamayacaq. Komanda A Seriyasında ilk dördlükdən kənarda qalıb. Liqadakı mövqe, əsasən, aşkar edilmiş maliyyə pozuntuları səbəbindən İtaliya Futbol Assosiasiyası tərəfindən silinən xallarla bağlıdır. Belədə ciddi hədəflərdən uzaq düşən "biankonerilər" xərcləri kəskin şəkildə azaltmağa qərar veriblər.
Mirağa