"Zenit"lə müqaviləsinin müddəti bu ay başa çatan yarımmüdafiəçi Daler Kuzyayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış jurnalist Yağız Sabunçuoğlu yayıb.
O, "Beşiktaş"ın baş məşqçi Şenol Güneşin istəyi ilə milliyətcə tatar olan rusiyalı futbolçu ilə danışıqlara başladığını açıqlayıb. Yüksək hədəfləri olan Avropa klubunda çıxış etməyi arzulayan Kuzyayevlə danışıqların müsbət məcrada getdiyi vurğulanıb.
30 yaşlı Daler 2017-ci ildən "Zenit"in formasını geyinib. Son mövsümdə Sankt-Peterburq təmsilçisində 35 matça çıxan orta xətt oyunçusu 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.
Nihat