Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen uzun müddətə sıradan çıxan manuel Noyerin yoxluğundan istifadə edərək yığmanın əsas qolkiperi qismində yerini möhkəmləndirmək istədiyini deyib.
Fanat.Az xəbər verir ki, "Süddeutsche Zeitung" onun sözlərini belə çatdırıb:
"İndi Manu yoxdur. Hazırda əsas qapıçı mənəm və yerimi qorumaq istəyirəm. Belə davam etsəm, yığmanın bir nömrəli qolkiperi olmaq şansım az deyil. Bu, mənim əsas hədəfimdir. Gələn il də milliyə kömək etmək istəyirəm.
Manu son illərdə əla iş görüb. Əlbəttə, bir neçə turnirin bizim üçün yaxşı alınmadığını da unutmamalıyıq. İkinci qapıçı olmaq və səbr etmək heç də asan deyildi. Həmişə bacardığımı etməyə çalışmışam. Gerisi məşqçilərdən asılıdır. Hansi Flik (baş məşqçi Hans-Diter Fliki nəzərdə tutur - red.) deyib ki, bütün mövqelərdə futbolçuların necə oynadığını nəzərə alacağıq. Bu səbəbdən nəyə qadir olduğumu göstərməyə köklənmişəm".
Nihat