PSJ-ni azad agent qismində tərk edərək MLS təmsilçisi "İnter Mayami"yə qoşulan Lionel Messi insanların yaddaşında necə qalmaq istədiyini deyib.
Fanat.Az xəbər verir ki, argentinalı ulduzun sözlərini "Ole" belə çatdırıb:
"Addımladığın yolda qarşına nələr çıxmasından, həyatında nə baş verməsindən asılı olmayaraq həmişə inadkar olmalı, çıxış yolu tapmalısan. Bu, məni dəstəkləyən, mənim üçün narahat olan, diqqətdə saxlayan yeni nəsil üçün bir çağırışdır. İstəyirəm ki, məni yalnız idmançı kimi deyil, hər şeydən öncə yaxşı insan kimi xatıralsınlar".
Qeyd edək ki, son mövsümdə PSJ forması ilə Liqa 1-də 32 oyun keçirən Messi 16 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat