"Tottenhem"in müdafiəçisi Davinson Sançes klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Əsas heyətdə yerini itirən 27 yaşlı kolumbiyalı futbolçunun komandadan getmək istədiyi bildirilir.
Sançesin "Tottenhem"lə müqaviləsinin bitməsinə 1 il qalıb. Ancaq o, bu 1 ili gözləmək niyyətində deyil. və menecerinə ona yeni klub tapmağı tapşırıb.
Qeyd edək ki, Kolumbiya millisinin üzvü 2017-ci ildən "Tottenhem"də çıxış edir. 140 oyunda forma geyinən müdafiəçi 3 qola imza atıb.
Röya