"Neftçi" Topaz Premyer Liqası çərçivəsində AZAL-la keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komandanın bugünkü məşqi klubun bazasında baş tutub.
Təxminən saatyarım davam edən məşq zamanı Araz Abdullayev ikitərəfli oyunda qapıçı Pavel Doroşevlə mübarizədə toqquşub və ayaq pəncəsindən zədə alaraq məşqi yarımıq dayandırıb. Həkim müayinəsindən sonra Abdullayevin məşqləri nə zaman bərpa edəcəyinə aydınlıq gələcək.
Qeyd edək ki, Araz XXXI turun "Sumqayıt"la matçında azarkeşləri təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılmışdı. "Qarabağ" və "Qəbələ" ilə oyunları buraxan millinin üzvü AZAL matçını da buraxmalıdı.
Fanat.az