"Avropa Oyunlarında rəqiblərin kimliyinin mənim üçün fərqi yoxdur”.
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan atıcısı Nurlana Cəfərova Polşada keçirilən III Avropa Oyunları barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
"Bu, mənim iştirak edəcəyim üçüncü Avropa Oyunları olacaq. Bu yarışlarda iştirak etdiyim üçün fəxr edirəm. İstər Avropa Oyunlarında, istərsə də Yay Olimpiya Oyunlarında rəqiblər həmişə gücü olur. Onlarla mübarizəyə hazıram”.
İntensiv şəkildə həm atış, həm də fiziki hazırlıq üzərində çalışırıq. Ümid edirəm ki, bu məşqlərin yarışda bizə köməyi olacaq” - deyə, Cəfərova bildirib.
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.