Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medala sahib olub.
Fanat.Az xəbər verir ki, o, qızlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.
Sultanova daha əvvəl 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda da birinci yeri tutub.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın daha bir atıcısı Vladislav Kalmıkov ISAS 2024 beynəlxalq turnirində qızıl medal qazanıb. Azərbaycan təmsilçisi oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərini üstələyərək fəxri kürsüyə qalxıb.
Yarış martın 24-nə qədər davam edəcək.