"Milan"ın müdafiəçisi Teo Ernandes karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçuya "Atletiko Madrid" elçi düşüb.
Məlumatı "Sky Sport Italia" yayıb. Ancaq La Liqa təmsilçisi qarşı tərəfə hələ rəsmi təkliflə müraciət etməyib.
Xəbərə görə, "Milan" Teonu 80 milyon avroya satmağı düşünür.
Qeyd edək ki, Fransa millisinin üzvü 2019-cu ildən "rossonerlər"in şərəfini qoruyur. 130 oyunda meydana çıxan müdafiəçi 22 qola imza atıb.
Röya