Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə"də bürünc medal uğrunda görüşə çıxıb.
Fanat.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandax Bayanmunx ilə üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibinə "ippon"la qalib gələn Nəcəfov bürünc medala sahib çıxıb.
Qeyd edək ki, ölkəmizin 13 cüdoçu ilə qatıldığı "Böyük Dəbilqə" iyunun 25-də başa çatacaq.