"Roma"nın hücumçusu Castin Kluvert karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu "Bornmut" klubuna keçib.
Məlumatı İngiltərə təmsilçisinin mətbuat xidməti yayıb.
"Roma" Castinin transferindən 11,2 milyon avro qazanıb.
Qeyd edək ki, Kluvert 2018-ci ildən "Roma"nın şərəfini qoruyur. Futbolçu ötən mövsümü icarə əsasında "Valensiya"da keçirib. O, La Liqada 29 matçda meydana çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya