Azərbaycanın üç cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirini başa vurub.
Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançılardan Nurlan Osmanov 1/4 finaladək irəliləsə də, burada məğlub olub. O, təsəlliverici görüşdə Vallteri Olinə (Finlandiya), İbrahim Əliyev eyni mərhələdə yerli cüdoçu Erdenebayar Batzayaya uduzub.
81 kq-da yer alan Zelim Kotsoyev isə ilk dueldə Çonqhun Vona (Cənubi Koreya) yenilərək mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. "Böyük Dəbilqə" iyunun 25-də başa çatacaq.