"Xəzər Lənkəran" "Sumqayıt"la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Mustafa Dənizlinin səlahiyyətlərini icra edən Oğuz Çətin iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, Adrian Pit və Manuel Skarlatake zədədən əziyyət çəkir. Hər iki rumın futbolçu oynamağa hazır deyil.
Fanat.az