"Milan" İngiltərə Premyer Liqasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki. söhbət "Vest Hem"də çıxış edən Canluka Skamakkadan gedir.
Bu barədə "Calciomercato" məlumat yayıb. Xəbərə görə, "rossonerlər" yaxın günlərdə italiyalı hücumçuya təklif yollayacaq.
Ancaq Milan təmsilçisi Canlukanı satın almalıdır. Belə ki, "Vest Hem" futbolçunu icarəyə verməyi düşünmür.
Qeyd edək ki, 24 yaşlı forvard 2022-ci ildən İngiltərə klubunun şərəfini qoruyur. O, 16 oyunda meydana çıxıb və 3 qola imza atıb.
Röya