Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində irəliləyib.
Fanat.Az xəbər verir ki, 1143 xala malik təmsilçimiz 3 pillə irəliləyərək 121-ci sırada mövqe tutub.
Canni De Byazinin yetirmələri buna AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə edərək nail olub.
DÇ-2022-nin qalibi adını qazanan Argentina 1843 xalla zirvədə qalıbsa, mundialın finalında uduzan Fransa az fərqlə (1843) ikinci, Braziliya (1828) isə üçüncüdür.