Bu gün İsrailin Netanya şəhərində Azərbaycanın "Neftçi" klubunun iştirakı ilə qadınlar arasında 3x3 Dünya Basketbol Seriyasının 9-cu mərhələsinə start verilir.
Fanat.Az xəbər verir ki, “Neftçi” (Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanova) B qrupunda Niderland, Litva və “Gyor” (Macarıstan) ilə mübarizə aparacaq.
18:25. Niderland - "Neftçi"
20:15. "Neftçi" - "Gyor"
22:05. Litva - "Neftçi"
Digər qrupda Çin, Çexiya, İsrail komandaları və Çinin “Yuanda” klubu çıxış edəcək.
Qruplarında birinci yeri tutan komandalar birbaşa yarımfinala, ikinci və üçüncü yerləri tutanlar isə 1/4 finala yüksələcək.
Səkkiz mərhələdən sonra “Neftçi” Dünya Seriyasında 6-cı (183 xal), Azərbaycan komandası isə 17-ci (108) pillədə qərarlaşıb.