Rusiyanın "Nijni Novqorod" klubuna məxsus olan hücumçu Timur Süleymanov karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport-Ekspress" yayıb.
Nəşrin məlumatına görə, futbolçunun xidmətində "Qazişehir Qaziantep" maraqlıdır.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra "Qaziantep" çempionatda iştirakdan imtina etsə də, Super Liqada oynamaq icazəsini özündə saxlayıb.
Süleymanov 2022/2023 mövsümündə "Nijni Novqorod"un heyətində bütün yarışlarda 36 matçda iştirak edib, 12 qol vurub və iki məhsuldar ötürmə edib.
Mirağa