"Latsio"nun hücumçusu Çiro İmmobile Səudiyyə Ərəbistanından aldığı cəlbedici transfer təklifindən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə o, "Il Messaggero"ya özü bildirib.
Mövsümə 35 milyon avro dəyərində iki illik müqavilə təklifi aldığını deyən Roma komandasının hücumçusu bu yay "Latsio"dan ayrılmaq fikrində olmadığını vurğulayıb.
33 yaşlı futbolçu ötən mövsüm "Latsio"nun heyətində 33 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Latsio" bu yay hücumçu axtarır, lakin bu, yalnız İmmobile üçün rotasiya seçimi olacaq.
Mirağa