
Yeni mövsüm öncəsi heyətini formalaşdıran "Şamaxı" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi yarımmüdafiəçi Oruc Məmmədovu heyətinə qatıb. 21 yaşlı futbolçu növbəti iki ili "Şamaxı"da keçirəcək.
Xatırladaq ki, Oruc Məmmədov son olaraq “Səbail”də çıxış edib.