Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Cəbəllüttariq "Linkoln"u ispan futbolçu transfer edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, yarımmüdafiəçi Mandi Sosadır.
Qeyd edək ki, İspaniyada "Elçe", "Almeriya"da oynamış Mandi 2010-2012-ci illərdə "Real"ın B komandasında top qovub.
"Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.