Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, dünən 2 qarşılaşma start götürən mərhələ çərçivəsində daha 29 oyunu baş tutacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.
Bu gün mübarizəyə II mərhələdən başlayacaq Azərbaycan təmsilçilərinin potensial rəqibləri də ilk matçlarını keçirəcəklər.
"Sabah"ın mümkün rəqibləri olan Şimali Makedoniyanın "Makedoniya" və Latviyanın RFŞ komandaları Skopyedə üz-üzə gələcəklər. "Neftçi"nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın "Jelezniçar" və Belarusun "Dinamo" (Minsk) klubları isə Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər.
Bu mərhələdə Azərbaycan təmsilçisi də olacaq. Belə ki, millimizin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya "Eqnatiya"sı Ermənistanda "Ararat"ın qonağı olacaq. 28 yaşlı yarımmüdafiəçinin də meydana çıxması gözlənilən oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
UEFA Konfrans Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
13 iyul
19:00. “Ararat” (Ermənistan) - “Eqnatiya” (Albaniya)
19:00. “İnter” (Andorra) - “Vikinqur” (Farer adaları)
19:00. “Pünik” (Ermənistan) - “Trans” (Estoniya)
19:00. “Tobol” (Qazaxıstan) - “Honka” (Finlandiya)
19:30. “Makedoniya” (Şimali Makedoniya) - RFS (Latviya)
19:30. “Jilina” (Slovakiya) - “Levadiya” (Estoniya)
20:00. “Panevejis” (Litva) - “Milsami” (Moldova)
20:00. “Haka” (Finlandiya) - “Kruzeyders” (Şimali İrlandiya)
20:00. “Meqpays” (Cəbəllütariq) - “Dandolk” (İrlandiya)
21:00. “Alaşkert” (Ermənistan) - “Arsenal” (Tivat, Monteneqro)
21:00. “Domjale” (Sloveniya) - “Baltsan” (Malta)
21:00. “Dukagini” (Kosovo) - “Europa” (Cəbəllütariq)
21:00. “Qzira Yunayted” (Malta) - “Qlentoran” (Şimali İrlandiya)
21:00. “Torpedo” (Kutaisi, Gürcüstan) - “Sarayevo” (Bosniya və Herseqovina)
21:00. “Hegelmann” (Litva) - “Şkupi” (Şimali Makedoniya)
21:00. “Riqa” (Latviya) - “Vikinqur” (Reykyavik, İslandiya)
21:30. “Dunayska Streda” (Slovakiya) - “Dila” (Gürcüstan)
21:30. “Penibont” (Uels) - “Santa Koloma” (Andorra)
21:30. “Proqres” (Lüksemburq) - “Gilani” (Kosovo)
22:00. “HB Torshavn” (Farer adaları) - “Derri Siti” (İrlandiya)
22:00. “Akureyri” (İslandiya) - “Nomads” (Uels)
22:00. “Tirana” (Albaniya) - “Dinamo” (Batumi, Gürcüstan)
22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Haverforduest Kaunti” (Uels)
22:00. “Vaduts” (Lixtenşteyn) - Neman (Belarus)
22:30. “Sutyeska” (Monteneqro) - “Kosmos” (San Marino)
22:30. “Jelezniçar” (Bosniya və Herseqovina) - “Dinamo” (Minsk, Belarus)
22:45. “La Fiorita” (San Marino) - “Zimbru” (Moldova)
22:45. “Linfild” (Şimali İrlandiya) - “Vlajniya” (Albaniya)
23:00. “Maribor” (Sloveniya) - “Birkirkara” (Malta)