Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Cəbəllüttariqin “Linkoln” komandası arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib.
Fanat.Az xəbər verir ki, nümayəndə Türkiyədən Mətin Kazancıoğlu olacaq.
Hakimlərin işinə isə Estoniyadan olan hakim-inspektor Uno Tutk qiymət verəcək.
Xatırladaq ki, UEFA Bakıdakı qarşılaşmanı Albaniyadan olan hakimlər briqadasına tapşırıb. Matçın baş hakimi baş hakimi Eldoryan Hamiti olacaq. Ona yan xətt hakimləri Ridiger Çokay və Ani Koçyay kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Çyapi Kreşnik yerinə yetirəcək.
Qeyd edək ki, uzun müddət Türkiyə Futbol Federasiyasında fəaliyyət göstərən, qurumun keçmiş baş katibi olan Kazancıoğlu bir neçə il "Trabzonspor" klubunda rəhbər vəzifədə çalışıb.
“Qarabağ”ın “Linkoln”la cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu oyunun start fiti saat 20:00-da səslənəcək.
Mirağa