20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığma 17 və 20 -ci yerlər uğrunda qarşılaşmada Lüksemburq seçməsi ilə üz-üzə gəlib.
Görüş Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 63:78
Millimiz daha əvvəl B Divizionunun C qrupunda Ukrayna, İsveç, Kosovo və Gürcüstana uduzub.