“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksələcəyi halda qarşılaşacağı potensial rəqiblər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi növbəti mərhələdə 7 komandadan biri ilə qarşılaşacaq.
Söhbət bu yay "Sabah"la yoldaşlıq görüşü üçün Bakıya gələn, II mərhələdə "Tirana" (Albaniya) ilə qarşılaşacaq "Beşiktaş" (Türkiyə), həmçinin, "Alkmaar" (Niderland), eləcə də PAOK (Yunanıstan) - "Beytar" (İsrail) və "Kelje" (Slovaniya) - "Vitoriya" (Portuqaliya) cütlərinin qaliblərindən gedir.
Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü bu gün atılacaq.
Qeyd edək ki, "Neftçi" ilə "Jelezniçar" (Bosniya və Herseqovina) arasında ilk oyun iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da “Qrbavitsa” stadionunda, cavab görüşü isə avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək.
Mirağa