22:44 25.07.2023 678

“Rakuv”un sürprizinə hazır olmalıyıq” Qurban Qurbanov

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada "Rakuv"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 51 yaşlı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rakuv”la Türkiyədəki toplanışda üz-üzə gəlmişdik. Amma komandada xeyli dəyişiklik var. İndi daha intizamlı və keyfiyyətli kollektiv olublar. Rəqibi yaxından tanımaq üçün sabah meydanda vaxtımız olacaq. Biz də bu matça ciddi hazırlaşmışıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik".

Əvvəlki duellərdə Polşa təmsilçilərinə qalib gəlmələri ilə bağlı məsələyə toxunan çalışdırıcı bu cür statistikalar haqqında düşünmədiyini söyləyib: "Bu rəqibə də ciddi yanaşırıq. Qarşımızdakı komandanın kimliyindən asılı olmayaraq, hər bir oyuna hazırlıqlı olmağa çalışırıq. Əvvəlki matçları düşünsək, bizə mane ola bilər. Azarkeşlərimizə demək istərdim ki, narahatlıq yoxdur. Onların bizdən uğurlu nəticə gözləmələri məni sevindirir. Digər tərəfdən, yəqin, rəqibin ciddi olması onları narahat edir. Sabahkı oyunda son dəqiqələrədək diqqətli olmalıyıq".

Qurbanov Türkiyə "Rizəspor"unun transfer siyahısında olan Kevin Medinanın məsələsinə də aydınlıq gətirib: "Bu gün bizim heyətimizdədir, sabahkı oyuna hazırlaşır. Komanda ilə bütün məşqlərdə iştirak edib. Hələ ki, bizim oyunçudur".

Təcrübəli mütəxəssisin sözlərinə görə, "Rakuv"un Polşa çempionatında "Korona"ya qarşı matçının təxirə salınması rəqibin "Qarabağ"la oyuna ciddi yanaşdığını göstərir: "Əvvəlki matçları nəzərə alsaq, komanda 3-4 gündən bir oyun keçirib. Növbəti çempionat görüşlərinin təxirə salınması rəqibin məsuliyyətindən, bizə ciddi yanaşmasından irəli gəlir. Federasiya da cavab qarşılaşmasının Bakıda olmasını nəzərə alaraq, "Rakuv"un müraciətinə müsbət cavab verib".

Baş məşqçi yeni transfer Juninyonun "Rakuv"la ilk matçda meydana çıxma ehtimalının az olduğunu vurğulayıb: "Komanda ilə yüngül məşqlərə başlasa da, tam hazır deyil. Bu cür görüşlərdə oynaması riskli ola bilər. Amma yenə də həkimlərlə məsləhətləşəcəyik".

Qurbanov yoxlama oyunları ilə Çempionlar Liqasındakı matçların fərqli olduğunu diqqətə çatdırıb: "Hazırlıq qarşılaşmasında hər iki komanda eyni formada ola bilməz. Sadəcə, həmin qarşılaşmada "Rakuv"un gücünü, aqressiyasını və nizam-intizamını gördük. Bu gün meydanda daha güclü kollektiv var. Bacardığımız qədər məlumat topladıq. Bu rəqiblə Çempionlar Liqasında oynamaq bizim üçün də maraqlı olacaq. "Rakuv" bizə hər hansı sürpriz hazırlaya bilər. Buna hazır olmalıyıq".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X