23:52 31.07.2023 555

“Gəncə” belaruslu mütəxəssisə tapşırıldı

İlk dəfə qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında debüt edəcək "Gəncə" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, komanda belaruslu mütəxəssis Sergey Çesnovitskiyə həvalə olunub.

Müqaviləni yeni çalışdırıcı və klubun prezidenti Elvar Osmanov imzalayıblar.

Tədbirdə çıxış edən klubun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Müşfiq Cəfərov yeni yaradılan komandanın gələcəkdə böyük uğurlara imza atacacağına ümid etdiyini bildirib: "Gəncədə regionun ən böyük idman kompleksinin tikintisi üzrə işlər yekunlaşmaq üzrədir və tezliklə açılışı olacaq. "Gəncə" voleybol komandası ev oyunlarını həmin arenada keçirəcək. Burada böyük azarkeş ruhu var. Dahi Nizami yurdunda hər kəs idmanı və idmançıları dəstəkləyir".

Çesnovitski Azərbaycanda fəaliyyətə başlamağını yüksək dəyərləndirib. Bildirib ki, bu mövsüm əsas məqsəd yaxşı komanda formalaşdıraraq finala yüksəlməkdir.

Osmanov isə bildirib ki, Gəncə tarixən Azərbaycanın inkişafında çox böyük rol almış şəhərlərdəndir: "Burada nəinki idmanın, bütün digər sahələrin inkişafı üçün bütün şərait yaradılıb. Qurulan komandanın bütün addımları bir ilk olacaq. Çünki regionda ilk dəfə belə bir komanda formalaşdırılacaq. Azərbaycan Voleybol Federasiyası regionlarda klubların formalaşdırılması istiqamətində seleksiya işləri aparır. Bu da ölkəmizdə idmanın bu növünün inkişafında yeni imkanlar açacaq".

Sonda Azərbaycan milli komandasının üzvləri - Leyla Paşkova və Nərmin Fərəcova ilə müqavilə imzalanıb, xatirə şəkli çəkdirilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

22:13

Hələ ÇL-də Dembele kimisi olmamışdı - Tarixi rekord

21:48

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X