17:52 01.08.2023 866

“Prinsiplərimizdən əl çəkmək barədə düşünmürük” – Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Rakuv"la cavab qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, Bakı Olimpiya Stadionunda baş tutacaq görüşdən öncə futbolçuları ilə müzakirələr apardıqlarını söyləyib:

"Qonaqlarımızı salamlayıram! Bakı şəhərinə xoş gəliblər!

Bizim üçün vacib oyundur. İntizamlı komandaya qarşı oynayacağıq. Üstünlük rəqib tərəfdə olsa da, cavab oyununa pis hazırlaşmamışıq. Futbolçularım oyunun gedişatında rəqib komandaya qarşı diqqətsizlik etməməlidirlər. Onlarla çoxlu müzakirələr aparmışıq. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini sərgiləyək.

Bəli, mətbuatda gedən son yazılardan məlumatım var. Sabah üçün start heyət hələlik bəlli deyil. Şahruddin Məhəmmədəliyevin oynamaq şansı var. Fikrimiz, diqqətimiz yalnız rəqibdə olmalıdır. Oyundan kənara çıxmalı deyilik. Səhvlərdən uzaq olmağa çalışmalıyıq. Xüsusilə də, qapıçılarımız diqqətli olmalıdırlar. Juninyonun durumu normaldır. Məşqlərdə iştirak edib.

Hər matçdan sonra rəqib haqda fikirlər səsləndirirəm. Yenə də deyirəm: rəqibi artıq yaxşı tanıyırıq. Onların yaxşı səviyyədə  olduqlarını gördük. Sabahkı oyunda 1 saniyə belə olsun diqqətsizliyə yol verməməliyik. “Rakuv” böyük uğurlara imza atan klubdur. İldən-ilə yaxşı nəticələr əldə etməyi bacarıblar. Onların çox ciddi rəqib olması ilə bağlı qənaətə gəlmişəm.

“Rakuv”da klub olaraq yaxşı iş qurulub. Hansısa məşqçi oranı tərk etsə də, prinsipləri olduğu kimi qalacaq. Onlarla qışda da oynamışdıq. Bu gün onlar daha inamlıdırlar. Təcrübələri xeyli artıq. Baş məşqçiləri futbolun içində böyüyüb. Məsuliyyətli biridir. Müdafiə xətlərinin zəif olduğunu heç də deməzdim. Futbolçularım səfərdə qol şanslarından istifadə edib fərqlənə bildilər.

Oyunçularımın fərdi ustalığı yaxşı nəticə üçün bizə kömək edə bilər. Prinsiplərimizdən əl çəkmək barədə düşünmürük. İndiyə qədər qazandığımız uğurların əsas cəhətlərindən biri budur”.

Xatırladaq ki, ilk qarşılaşma Polşa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X