23:27 02.08.2023 537

“Xərclənilən pulların hara getdiyini hamı bilir” – Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Rakuv"la cavab qarşılaşmasından sonra (1:1) mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, qarşılaşmanın maraqlı keçdiyini söyləyib:

“Əfsuslar olsun ki, uduzduq. Məncə, çox maraqlı oyun oldu. Meydançada hər bir hadisə baş verdi. Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Fasilədən sonra üstün tərəf biz olduq. Xeyli qol epizodlarımız oldu. Azarkeşlərimizə minnətdaram! Onlar futbolçularla birləşmişdilər. Bu, məni çox sevindirdi. Sonda 10 futbolçu ilə rəqibin cərimə meydançasında idik. Risklər etdik, alınmadı. Hamımız məyusuq. Bu oyunu tez bir zamanda geridə qoymalı və növbəti oyunlara hazırlaşmalıyıq.

Biz dəyişiklikləri oyunun gedişinə görə edirik. Sabahdan etibarən Avropa Liqasındakı rəqibimizlə tanış olacağıq. Mən daha sonra fikir bildirə biləcəyəm.

Məni düzgün başa düşün: iradların hamısını bildirin və mən ümumi fikrimi bildirim. Hər bir azərbaycanlı mənim üçün dəyərlidir. Biz bu klubda çox məsuliyyətlə çalışırıq. Çoxları, bəlkə də, bunu bilmir. Hazırkı rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Qazandığımız pulların harasa getdiyini düşünürsünüzsə, onlar heç yerə getmir, yalnız kluba xərclənir. Kasıb, ürəkli, bacarıqlı futbolçularla çox işlər görməyə çalışırıq və görürük. Xərclənilən pulların hara getdiyini hamı bilir. Şükürlər olsun ki, işlərimiz pis alınmır. Uduzmuşuq deyə, gördüyümüz işlər sıfır kimi qəbul edilirsə, sadəcə əfsuslar olsun. Kənardan gələnlərin qarşısında hamı bu məsələni irad kimi irəli sürürsə, yenə də deyirəm: sadəcə əfsuslar olsun. Klubumuzda olan hər kəs Azərbaycan futbolunun inkişafı üçün çox əziyyət çəkirlər. Başqa heç bir fikir səsləndirə bilməyəcəyəm.

Bizim qol epizodlarımız hər iki oyunda daha çox oldu. Çox fikir bildirmək olar. Epizodlardan yararlana bilmədik. İki komanda mübarizə aparırsa, biri mübarizəni dayandırmalıdır. Rəqibin üzərinə doğru hərəkət edirlər, şanslar yaradırdıq. Onlardan çəkinmirdik.

"Zirə" ilə oyun çətin olacaq. Futbolçularıma inanıram. Tez bir zamanda onları bərpa etməliyik. Ölkə çempionatına yaxşı başlamaq istəyirik. Heyətdə böyük dəyişikliklər edə bilərəm.

Biz 5-ci dəfə idi ki, Polşa klublarından biri ilə qarşılaşırdıq. Hiss edirdim ki, məğlub ola bilərik. Futbolun yazılmayan qanunları var. Bəzən belə hallar da yaşanır, gerçəkləşir.

Dünyada elə komanda yoxdur ki, eyni səviyyədə olsun. "Real", "Barselona", "Bayern" kimi klublar belə istədiyi bütün transferləri edə bilmirlər. Azərbaycana xarici futbolçuları gətirmək heç də asan deyil. Yerli oyunçularımız əvəzetmələrdə var idilər. Toral, Elvin, Bəhlul, Nəriman kimi futbolçular meydançada mübarizə aparırlar. Bəzən risklər də edirəm. Maksim Medvedevi, Bəhlulu da oynada bilərəm. Məqsədim gəncləri inkişaf etdirməkdir. Bu gün Çempionlar Liqasını itirə bilərik, lakin gəncləri qazanırıq. Onlar böyüsünlər, yetişsinlər. Minimum milli komanda səviyyəsində inkişaf edirlərsə, bu da uğurdur, qazancdır.

Rəqib imkan verdikcə, hücumlar edirik. Əlbəttə, əlavələr hər zaman olmalıdır. "Rakuv" müdafiədə çox yaxşı oynadı. Bizim az qol epizodlarımız olmadı. Belə rəqiblərə qarşı qələbə qazanmaq üçün cinah futbolçuları daha da aktiv olmalıdırlar. Abdullah Zubir və Leandro Andrade meydançada çox hərəkət etdilər. Bəzi məqamları nəzərə almalıyıq. Özünüz gördünüz ki, Zubir 60-ci dəqiqədən sonra Zubir rəqibin cərimə meydançasında aktivlik göstərdi. Hər bir halda, bütün futbolçularımdan çox razı qaldım. Çox əziyyət çəkdilər. İnşallah, növbəti oyunlarda daha da yaxşı çıxış edəcəyik".

İki oyunun nəticəsinə əsasən, Ağdam təmsilçisi “Rakuv”a 3:4 hesabı ilə uduzub və Çempionlar Liqası ilə vidalaşıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

Facebookdan bizi izləməyi unutmayın.
X