Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Qarabağ" doğma meydanda "Turan Tovuz"u qəbul edib.
"Azərsun Arena"da keçirilən görüşü Rauf Allahverdiyev idarə edib.
"Qarabağ" ilk turda uduzmuş, "Turan Tovuz" isə qələbə qazanmışdı. Bu oyunda isə Ağdam təmsilçisi darmadağına sevinib.
Qeyd edək ki, bu gün keçirilməli olan "Sumqayıt" - "Sabah" görüşü qonaqların Konfrans Liqasının II təsnifat mərhələsinin "Partizan"la oyuna hazırlaşması səbəbiylə təxirə salınıb. Tura dünən start verilib. "Araz-Naxçıvan" "Qəbələ"ni 2:0, "Zirə" isə "Kəpəz"i 1:0 məğlub edib.
Azərbaycan Premyer Liqası
2-ci tur
13 avqust
“Qarabağ” – “Turan Tovuz” 3:0
Qol: Olavio Juninyo, 30. Abdullah Zubir, 66. Adama Diakabi, 69.
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruzi Marakvelidze, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.