Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir əcnəbi oyunçu ilə güclənib.
Fanat.Az xəbər verir ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək ölkə çempionu Serbiya millisinin üzvü Lazar Milosavljeviçin keçidini reallaşdırıb.
25 yaşlı futzalçının son klubu “Mouvaux Lille Metropole” (Fransa) olub.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.